Banner

Gürcüstanın DİN rəhbəri azərbaycanlı həmkarları ilə sıx və səmərəli əməkdaşlığa ümid edir

Gündəm 22 Avqust 2025 20:33 Oxunub 510
Gürcüstanın DİN rəhbəri azərbaycanlı həmkarları ilə sıx və səmərəli əməkdaşlığa ümid edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkənin daxili işlər naziri Geka Galadze ilə ölkələr arasında strateji tərəfdaşlığı müzakirə edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və təhlükəsizlik məsələləri müzakirə olunub. Regionun davamlı inkişafı üçün sülh və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq müzakirə edilib.

G.Galadze tərəfdaşlığın daha da dərinləşməsinə ümid etdiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh