Gürcüstanın Poti və Batumi limanları bağlandı

Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb. “Dənizdə bütün gecə və səhərdən fırtına var. Fırtına təhlükəsi xəbərdarlığı alan kimi limanları bağladıq. Hazırda limanda 4 gəmi, reyddə isə yüklü 2 gəmi var”, - Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib. Onun sözlərinə görə, hazırda dənizdə dalğaların hündürlüyü 4-5 metr təşkil edir. Analoji vəziyyət Batumi limanında da yaşanır və fırtına gəmiləri nə qəbul etməyə, nə də yola salmağa imkan verir. Liman kapitanı Tengiz Qabiliya bildirib ki, limanda 3 gəmi, reyddə isə 2 gəmi var.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












