Hacıların ilk qrupu dönüb - Bakıya

Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarlar artıq Vətənə dönməyə başlayıblar. Avtosfer.az xəbər verir ki, zəvvarların ilk qafiləsini gətirən təyyarə saat 16:30-da Bakıya enib. Daha bir təyyarə reysinin axşam saat 19:05-də Bakıya gəlməsi gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayevin “Report”a verdiyi məlumata görə, ilk gələnlər Bakıdan ziyarətə öncə gedənlərdir: "Mədinədə olan zəvvarlarımızın vəziyyəti yaxşıdır. Onlar şəhərdə olan müqəddəs yerləri də ziyarət ediblər. Zəvvarlar şəhəri gəzir, yaxınları üçün hədiyyələr alırlar".
O bildirib ki, sentyabrın 20-də uçuş olmayacaq: "Zəvvarların digər qrupları sentyabrın 21-də və 22-də Vətənə qayıdacaqlar".
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 1050 zəvvar qatılıb.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












