Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir - VİDEO

19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir. Avtosfer.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub. Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək. Layihə çərçivəsində hazırda sözegedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağıvə yol əsasıinşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləriisəqum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Buna paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq.
Yolun Qarasu-Abdulabad-Kolanı kədlərini birləşdirən 12 km-lik hissəsində hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur, Kolanlı-Talış kəndlərini birləşdirən 12-18 km-lik hissəsində isə asfaltlanma işləri görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılır. Yolun tikintisi yekunlaşandan sonrahərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Emin
Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT: Rəhbəri və həyat yoldaşı həbs olundular
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ










