Hacıqabulda silahlı incident - 5 ölü

Hacıqabulda silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb. Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır.
***07:00
Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Hadisə bir nəfərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.
İnsident zamanı ağır odlu silah yarası alan digər şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs hazırda evdədir. Polis evi mühasirəyə alıb. Caninin tərki-silah edilərək yaxalanması istiqamətində əməliyyat tədbirləri görülür.
***06:26
Səhər saatlarında Hacıqabul rayonunda silahlı insident baş verib. Rayonun naməlum şəxs tərəfindən 2 nəfər güllələnərək qətlə yetirilib, 1 nəfər isə ağır odlu silah yarası alıb.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












