Hadı Rəcəbli bərbad yollardan sərt danışdı - "Dəhşətli vəziyyətdədir"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məclisin iclasında çıxışı zamanı cənub bölgəsində yolların bərbad vəziyyətdə olmasından danışıb. Deputat qeyd edib ki, Lənkəran-Astara yoluna nəinki xarici turusti, heç yerli turisti də buraxmaq olmaz. Çünki o yolda vəziyyət həddən artıq dəhşətli vəziyyətdədir. Onun sözlərinə görə, Ələt-Astara yolunun tikintisi getdiyindən bu istiqamətdəki mövcud yol bərbad vəziyyətdədir. O əlavə edib ki, 2017-ci ilin ikinci yarısında bu yolun hazır olan hissəsinin istifadəyə verilməsi gözlənilir. “Ümid edirik ki, yolun hazır olan hissəsi ilin ikinci yarısında vətəndaşların istifadəsinə veriləcək. Çünki yol elə bərbad vəziyyətdədir ki, o yola nəinki xarici turistləri heç daxili turistləri və vətəndaşları buraxmaq olmaz. Ona görə də bu yolun qısa zamanda baş çatdırılması vacibdir. Əgər bu yol istifadəyə verilərsə, bu bölgənin turizm potensialının inkiaşfına öz müsbət təsirini göstərə bilər”.
Elməddin
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












