Hadisə yerindən yayınan sürücülər saxlanıldılar

Yanvarın 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qənbər Mirzəyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Dərhal əməliyyat tədbirlərinə başlanılıb, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətlərinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobilin sürücüsü, paytaxt sakini Araz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Yanvarın 8-də isə Sabunçu rayonunun Bilgəh qəsəbəsində Lerik rayon sakini Xəyal Ağayev yolu keçərkən müəyyən edilməyən avtomobillə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirağa Mirallamov saxlanılaraq istintaqa təhvil verilib.
Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırma aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












