Hadruta tərəf gedən rus jurnalistdən sensasion açıqlama

”Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasından sonra bir çox xarici KİV-lər öz reportyorlarını müharibə zonasına ezam ediblər. Onların əksər hissəsi təmas xəttinin digər tərəfində işləyir və xüsusən rusiyalı KİV nümayəndələri baş verənlərə dair təhrif olunmuş, ancaq erməni tərəfinin mövqeyini əks etdirən reportajlar yayırlar.
"Kommersant” qəzeti hazırda Qarabağda olan rusiyalı jurnalist Andrey Borodulinlə əlaqə saxlayıb, ondan gördükləri və eşitdikləri haqda müsahibə götürüb:
-Andrey, sən indi hansı rayondasan, bu haqda deyə bilərsən?
-Stepanakertdən (Xankəndi) Hadrut şəhərinə tərəf gedirəm. Bu, Qarabağın cənubudur, ön xəttə yaxındır.
-Ziddiyətli informasiyalar daxil olur. Təbii ki, hər iki tərəf öz uğurları haqda hesabat verir. Əslində nə baş verir, sənə cəbhədən hansı məlumatlar gəlir?
-Deyə bilərəm ki, Dağlıq Qarabağın əsas şəhəri olan Stepanakerdə gecə də, səhər də sakitçilik idi. Baxmayaraq ki, Azərbaycan Müdafiə Nazirliyi şəhərə zərbələr endiriləcəyi haqda xəbərdarlıq edib. Hazırda demək olar ki, Qarabağın üçdə bir hissəsini keçmişik, cənub istiqamətində gedirik. Diqqəti nə cəlb edir? Yollarda heç bir istiqamətdə, nə o tərəfə, nə bu tərəfə bir dənə də olsun mülki nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda heç bir hərbi maşın kalonu, hərbçilərin daşınması da gözə dəymir.
İtkilərə gəldikdə isə məntiqi olaraq tərəflərin heç birinə 100 faiz inanmaq olmaz, ancaq itkiləri gizlətmirlər və bu rəqəmlərdən məlum olur ki, doğrudan da olduqca ciddi toqquşmalar gedir, çoxlu itkilər var. Əgər Dağlıq Qarabağın “müdafiə nazirliyi”nin bəyanatına istinad etsək onlar hazırda bütün canlı qüvvəni, yəni qoşunların 100 faizini səfərbər ediblər, üstəlik könüllüləri cəlb edirlər.
-Tərəflər iriçaplı artilleriya tətbiq edirlər, Ermənistan Müdafiə Nazirliyi indicə bildirib ki, Azərbaycan “Smerç” reaktiv yaylım atəşi sistemini də tətbiq edib. Bu haqda nə deyərdin?
-Hələ bu yaylım atəşi haqda öz gözlərimlə görməmişəm, qulaqlarımla eşitməmişəm. Ona görə də nəsə deyə bilmərəm.
Bu küçədə hərəkət birtərəfli olacaq - Avtomobillər bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya










