“Hafka”nın şirkətinin apellyasiya şikayəti təmin edilməyib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası əsasında “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-yə qarşı məhkəmə çəkişməsi davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-nin verdiyi apellyasiya şikayətinə baxılıb.
Hakim Afaq Nuriyevanın sədrliyi ilə keçirilən iclasda MMC-lərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.
Lakin borcun məbləği açıqlanmayıb.
Məhkəmə iddianı təmin edib.
Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












