Hakimin oğlunun ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Orxan Əhmədov vəsatətlərlə çıxış edib. Vəkil cinayət işinin baxılmasına xitam verilməsini, işin istintaqa qaytarılması, bəzi sübutların cinayət işindən xaric edilməsini istəyib. Vəsatətlər baxılmamış saxlanılıb.
Məhkəmə baxış iclası noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.
Hadisəni törədən şəxsin atası isə Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












