Hamilə qadın özünü maşının altına atdı - Uşaq...

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Mingəçevir şəhər sakini Eyvaz Abdullayev idarə etdiyi 10-BT-148 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məmmədova Günel Güloğlan qızını vurub. Hadisə qadının yaşadığı evin qarşısındakı küçədə baş verib. Baldır və kürək nahiyəsindən xəsarətlər alan G.Məmmədova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub. Xəstəxanadan bildirilib ki, qadın hamilədir və hadisə nəticəsində onun bətnindəki uşağın səhhətində problem yaranmayıb. Şəhər sakinlərinin sözlərinə görə, qadın əsəbi halda evdən qaçaraq küçəyə çıxıb və özünü qəsdən hərəkətdə olan avtomobilin qarşısına ataraq intihara cəhd edib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












