Hamilə qadınla qardaşı sürücünün üzünə durdular: "Bacıma təcavüz etmisən" - VİDEO

Adanada 5 aylıq hamilə qadın həbs olunub. Avtosfer.az-ın a24.az-a istinadən məlumatına görə, hadisə Adana şəhərinin Huzurevleri Mahallesi, Türkmənbaşı Bulvarında baş verib. Hamilə qadın “xəstə”yəm deyərək, yoldan keçən maşınları saxlayıb. Şəhər istiqamətinə doğru hərəkət edən avtomobil sürücüsünə S.B.’ye (63) bir qadın əl qaldırıb hamilə olduğunu və xəstələndiyini söyləyərək, kömək istəyib. Yaşlı adam dərhal qadına kömək edib və dərhal onu xəstəxanaya aparıb. Ancaq xəstəxanaya yaxınlaşdığını görən gənc qadın, “İndi daha yaxşıyam. Evim bura yaxındır. Məni evimə apara bilərsiniz?” deyərək, yaşlı kişini aldadıb. Onu dərhal öz evinə aparan sürücü təklənib. Halı pisləşən qadının qardaşları ondan pul istəyib. Verməyəcəyini dedikdə isə “Sən bacımıza təcavüz etmisən. Səni polisə şikayət edəcəyik”, deyərək şər atıblar. Yaşlı kişi bundan qorxaraq, 200 min lirə verib. Daha sonra onun kredit kartı əlindən alınıb. Hadisə yerindən uzaqlaşan sürücü polisə müraciət edib. Axtarışlar nəticəsində hamilə qadın və qardaşları həbs edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












