Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI

Parasetamolun yüksək dozaları bədəndə toplana və kişilərdə aktiv sperma sayını azaldan toksik təsir göstərə bilər. Avtosfer.az “Baku.ws” istinadən xəbər verir ki, tədqiqatlar getdikcə daha çox təsdiqləyir ki, dünyada kişilərdə sperma sayı durmadan azalır. Bir nəsildə bu rəqəm 60% azalıb. 2000-ci ilə qədər elm adamları kişilərin məhsuldarlığının ildə 1% azaldığını bildirsələr də, son vaxtlar bu göstərici iki dəfə artıb.
Britaniyalı həkimlər qeyd edirlər ki, gənc kişilər yaşlı nəslin nümayəndələrinə nisbətən demək olar ki, üç dəfə daha çox sonsuzluq problemi ilə üzləşirlər. Bu, demoqrafiyada özünü göstərir.
Brunel Universitetinin alimlərinin fikrincə, zəif kişi məhsuldarlığının təəccüblü səbəbi məşhur ağrıkəsici parasetamolun istifadəsi ola bilər. Təxminən min kişi üzərində aparılan araşdırmalardan birində bütün iştirakçıların sidikdə parasetamol konsentrasiyası məqbul səviyyələri aşıb.
Tədqiqatçılar, hormonal sistemi pozan digər kimyəvi maddələrlə birləşdirildikdə, parasetamolun bədəndə toplana biləcəyini və sperma sayını azaldaraq uzunmüddətli zəhərli təsir göstərə biləcəyini irəli sürüblər. Laboratoriya təcrübələri bu əlaqəni təsdiqləyib ki, parasetamol verilmiş və fetal testis toxuması ilə transplantasiya edilmiş siçanlarda testosteron istehsalında azalma müşahidə edilir.
Digər məşhur ağrıkəsici “ibuprofen” də kişilərin məhsuldarlığının azalması ilə əlaqələndirilir. Tədqiqatlar göstərir ki, testosteron səviyyəsini aşağı sala və sperma istehsalına mane ola bilər. Ancaq bütün həkimlər dərmanların kişi sonsuzluğunda əsas günahkar olduğuna inanmırlar.
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










