Hansı halda telefonla danışan sürücü cərimələnməyə bilər? - EKSPERT

Sükan arxasında mobil telefondan istifadə yol hərəkəti təhlükəsizliyinə ciddi risk yaradan əsas qayda pozuntularından biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər hərəkət zamanı telefonu əldə tutaraq danışmağa və ya ondan digər məqsədlərlə istifadə etməyə davam edirlər. Qanunvericilikdə nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəsi ilə bağlı konkret tələblər müəyyən edilib.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli sosial şəbəkə hesabında paylaşım ederək bildirib ki, bəzi sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozduğu halları müşahidə edirik:

"Müasir dövrdə qulaqlıq və “hands-free” kimi vasitələrdən istifadə etmək mümkündür. Buna baxmayaraq, bəzi sürücülər bu imkanlardan yararlanmır və telefonu əldə tutaraq danışmağa üstünlük verirlər. Bu isə sürücünün diqqətinin yayınmasına, nəticədə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsini idarə edərkən mobil telefonu əldə tutaraq danışmaq, eləcə də mesaj yazmaq qadağandır. Təəssüf ki, bu gün də bəzi sürücülər hərəkət zamanı mobil telefondan istifadə etməkdə davam edirlər. Belə hal aşkar edildikdə, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğində cərimə tətbiq olunur. Bəzi avtomobillərdə quraşdırılmış multimedia və ya monitor sistemləri vasitəsilə “hands-free” rejimində danışmaq mümkündür. Bu cür sistemlərdən istifadə, qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirildiyi halda, sürücü üçün əlavə hüquqi məsuliyyət yaratmır".
Fatimə Dadaşova
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












