Hansı metrostansiyalarda əlavə turniketlər quraşdırıldı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişin sıxlığının yaranmaması üçün bəzi stansiyalarda əlavə turniketlər quraşdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda 3 metro stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır. Xüsusən də, böyük tədbirlər keçiriləndə həmin stansiyalarda sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün turniketlərin sayı artırılıb. Məsələn, Olimpiya Stadionunda tədbirlər keçiriləndə "Koroğlu" stansiyasında, Tofiq Bəhramov adına Respublika Stadionunda futbol yarışları keçiriləndə "Gənclik" stansiyasında, Dənizkənarı Milli Parkda bayram tədbirləri və sair toplantılar keçiriləndə isə "Sahil" stansiyasında sərnişinlərin sayı artır. Buna görə də, həmin stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb".
N.Paşayev bildirib ki, əgər gələcəkdə digər stansiyalarda da sərnişinlərin sayı artarsa, həmin stansiyalarda da turniketlərin sayı artırıla bilər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












