Hansı sahələrdə işçilərin yaş məhdudiyyətini 70-ə qaldırmaq olar? - Ekspert ŞƏRHİ

Milli Məclisin bugünkü iclasında deputat Musa Quliyev təklif edib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın:
“Son zamanlar təhsil, səhiyyə və digər təşkilatlarda işçilər pensiya yaşı çatan kimi dərhal işdən azad edilirlər. Onların stajı, praktikası nəzərə alınmır.
Nəzərə alaq ki, həmin şəxslərin pensiya həddi minimumdur. Bundan sonra iş tapa bilməyəcəklər. Əgər işçi sertifikasiyadan keçib, tələblərə cavab verirsə, onlar işləsinlər. Təklif edirəm, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın”.
Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov hesab edir ki, təklifə məsələnin xüsusiyyətindən asılı olaraq diferensial qaydada baxmaq olar:
“Dövlət qulluğu ilə bağlı məsələdə yaş məhdudiyyətinin 65-dən 70-ə qaldırılmasına, əslində, baxmaq olar. Ən azından, bu məsələyə diferensial qaydada baxmaq olar.
Yəni onu dövlət qulluğunun bütün sahələrinə deyil, bəzi sahələrə aid etmək olar. Bir sıra spesifik sahələr var ki, orada 65 yaşına çatanları pensiyaya yola saldıqda həmin sahədə mütəxəssis boşluğu yaranır.
Mütəxəssisləri, adətən, dövr, zaman yetişdirir. Bu baxımdan da məsələyə xüsusi spesifiklik nöqteyi-nəzərindən baxıla bilər. Amma 70 yaş məsələsi dövlət büdcəsindən maliyyələşən heç də bütün sahələrə şamil edilməməlidir. Çünki insanlar vaxtında təqaüdə çıxıb, ondan yararlanmaq istəyirlər”.
Ekspertə görə, 70 yaşında pensiyaya çıxmaq məsələsi konkret olaraq kənd təsərrüfatı sektoruna, səhiyyə, təhsil sistemi, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərə şamil edilə bilər:
“Buradakı kadrların bacarığı bir-iki günə formalaşmır. Onlar illər boyu öz işlərilə təcrübə qazanırlar. Dövlət orqanlarında bu sahədə çalışan mütəxəssislərin təcrübəsinə ehtiyac var”.
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın VİDEOsu
İran dronları Naxçıvanı belə vurdu - Anbaan VİDEO
Ceyhun Bayramov İranın Azərbaycana dron hücumlarından danışdı
"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyindən BƏYANAT
Alverçilər parkinqi zəbt etdi; bloger maşını yolun ortasında saxladı – ŞİKAYƏT - VİDEO
İran Naxçıvana dronla zərbələr endirib - Molla rejimi iç üzünü göstərdi - VİDEO
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı








