Hava ilə bağlı ŞOK XƏBƏRDARLIQ – Azərbaycanda 7 il əvvəlki təhlükə təkrarlana bilər

Avropanın bir sıra atom elektrik stansiyaları anomal istilər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub. Azərbaycanda da anomal istilər müşahidə edilir. Bu vəziyyət 2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi – iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasındakı (İES) partlayışı gündəmə gətirir. O zaman bildirilib ki, havanın temperaturunun artması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Hazırkı istilər bənzər problemə səbəb ola bilərmi? Bunun qarşısını almaq üçün dövlət və vətəndaş prizmasında nələr edilməlidir?
Avtosfer.az xəbər verir ki, “Globalinfo”ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, oxşar risklər yenə də mövcuddur:
“Yüksək temperatur şəbəkə avadanlıqlarının işinə iki əsas istiqamətdə təsir edə bilər:
Birincisi, əhalinin soyuducu avadanlıqlardan daha çox istifadə etməsi nəticəsində enerji tələbatı kəskin artır, bu da transformatorların və ötürücü xətlərin yüklənməsinə səbəb olur.
İkincisi, yüksək hava temperaturu soyutma sistemlərinin effektivliyini aşağı salır, xüsusilə istilik elektrik stansiyalarında havalandırma gücünün azalmasına yol açır. Bu faktorlar enerji sisteminin dayanıqlığını zəiflədir və 2018-ci ildəki hadisənin təkrarlanma ehtimalını artırır”.
Ekspert qeyd edib ki, təhlükənin qarşısını almaq üçün kompleks və sistemli yanaşma tələb olunur:
“Ölkəmizdəki elektrik şəbəkələri müasir tələblərə uyğundur. Risklər ötən illərlə müqayisədə müəyyən dərəcədə azalmış olsa da, vəziyyət hələ də müəyyən tədbirlərin görülməsini tələb edir. Elektrik şəbəkələrinin yüklənməsi diqqətlə monitorinq edilməli, ehtiyat gücləri vaxtında işə salınmalıdır. Alternativ enerji mənbələri, xüsusilə günəş və külək enerjisi, pik dövrlərdə daha geniş istifadə olunmalıdır. İctimai maarifləndirmə kampaniyaları keçirilməli və vətəndaşlar enerji istifadəsinə daha diqqətli yanaşmağa təşviq edilməlidir. Nəticə etibarilə, anomal istilər dövründə enerji sisteminin təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də vətəndaş məsuliyyətini düzgün planlaşdırmaqla əlaqəlidir. 7 il əvvəlki hadisənin təkrarlanmaması üçün hər kəs öz öhdəliklərini yerinə yetirməlidir. Dövlət strukturları, enerji təminatçıları və istehlakçılar arasında koordinasiyalı fəaliyyət bu məsələnin həllində böyük rol oynayır”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










