Hava ilə bağlı xəbərdarlıq: qəfil dəyişiklik… – Əhalinin nəzərinə

Azərbaycanda son günlər dəyişkən hava şəraiti müşahidə olunur. Belə ki, yağışlı hava qısa müddət sonra günəşli hava ilə əvəzlənir.
Belə dəyişkən hava şəraiti insan sağlamlığına necə təsir edir və daha çox kimlər risk altındadır?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, belə hava şəraiti insan orqanizminə birbaşa təsir göstərən amillərdəndir:
“Belə hallarda ən çox müşahidə olunan şikayətlər baş ağrısı, halsızlıq, yuxululuq, arterial təzyiqin dəyişməsi və oynaq ağrılarıdır. Atmosfer təzyiqində baş verən dəyişikliklər damar sisteminə təsir etdiyi üçün xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar bunu daha çox hiss edir. Hipertoniyası olan şəxslərdə təzyiqin yüksəlməsi, hipotoniya problemi yaşayanlarda isə zəiflik və başgicəllənmə müşahidə olunur. Eyni zamanda, miqren xəstələri hava dəyişikliklərinə qarşı daha həssas olur. Allergiyası və tənəffüs sistemi xəstəlikləri olan insanlarda da narahatlıqlar arta bilər. Rütubətin yüksəlməsi nəfəs darlığını gücləndirə, küləkli hava isə allergik reaksiyaları artırır”.
Terapevt bildirib ki, yaşlı insanlar və xroniki xəstəliyi olan şəxslər belə hava dəyişiklikləri zamanı daha diqqətli olmalıdır:
“Uşaqlarda da immun sisteminin həssas olması səbəbindən halsızlıq və yuxu pozğunluğunun yaranması mümkündür. Hava dəyişkənliyi psixoloji vəziyyətə də təsirsiz ötüşmür. Bəzi insanlarda əsəbilik, yorğunluq və diqqət dağınıqlığı müşahidə edilir. Bu dövrdə insanların yuxu rejiminə diqqət etməsi vacibdir. Gün ərzində kifayət qədər su qəbul etmək və düzgün qidalanmaq orqanizmin hava dəyişikliklərinə uyğunlaşmasını asanlaşdırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər dərmanlarını vaxtında qəbul etməli və həkim tövsiyələrinə əməl etməlidirlər. Açıq havada uzun müddət qalmaqdan çəkinmək, hava şəraitinə uyğun geyinmək də önəmlidir. Əgər baş ağrısı, təzyiq dəyişməsi və ya nəfəs darlığı uzun müddət davam edərsə, mütləq həkimə müraciət olunmalıdır”.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












