Hava Limanı 11 ayda 3 mln. sərnişinə xidmət göstərib

Bu ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Limanın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 mln. sərnişinə xidmət göstərib. 1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16%-ini və ya AZAL-ın sərnişin daşımalarının 27%-ini təşkil edir.
Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 mln. sərnişin daşınıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












