Hava limanı daha bir gün bağlı qalacaq

İndoneziyanın Bali adasının rəhbərliyi yerli hava limanının Aqunq vulkanının püskürməsi ilə əlaqədar daha bir gün bağlı qalacağını açıqlayb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. Aeroportdan bildirilib ki, vulkanın kül buludu beynəlxalq hava limanının bilavasitə hava məkanına çatmasa da, o, 7500 metr yüksəklikdə məhz aeroporta tərəf hərəkət edir. Vulkanın noyabrın 26-da təkrar püskürməsi ilə noyabrın 27-dən etibarən 400-dən çox aviareys təxirə salınıb. Təqribən, 60 min insan adadan çıxa bilmir. Səlahiyyətlilər turistlərə hoteldə qalmalarını tövsiyə edirlər. Eyni zamanda, Bali vilayətinin administrasiyası bilvasitə vulkan yaxınlığında olan 22 kənddən 100 minə yaxın sakinin təcili evakuasiya edilməsinə qərar verib. Təhlükə zonası kraterdən 10 km radiusda müəyyənləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












