Hava limanı raket zərbələrinə məruz qaldı

Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi hava limanı İsrailin hava raket zərbələrinə məruz qalıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" Suriya hərbçilərinə istinadən məlumat yayıb. Məlumata görə, El-Mezza rayonundakı hava limanı yaxınlığında bir neçə partlayış törədilib. Suriyanın "Sama TV" telekanalı hava limanı yaxınlığında İsrail raketlərinin düşdüyünü bildirib. "France Press"in əməkdaşı isə aeroportda yanğının baş verdiyini xəbər verib.
***
03:47
Suriyanın paytaxtı Dəməşq şəhərinin hərbi aeroportunda bir neçə partlayış baş verib.
Bu barədə "Reuters" Suriya mətbuatına istinadən xəbər verib.
Məlumata görə, El-Mezza rayonuna çoxlu sayda təcili yardım maşınları gətirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl paytaxtda baş vermiş digər partlayış zamanı 6 nəfər həlak olub. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












