Hava limanında ara qarışdı: məmuru döydülər - VİDEO

Holllandiyanın Amsterdam şəhərindən İstanbula gələn ər-arvad və 2 uşaqdan ibarət olan S. ailəsi ilə Atatürk Hava limanında bir gömrük məmuru arasında "axtarış" mübahisəsi davayla nəticələnib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, S. ailəsi pasport idarəsindən keçdikdən sonra, hava limanından çıxmaq üçün gömrük məmurlarının olduğu sahəyə doğru hərəkət etməli olublar. Bu məqamda aldıqları qaçaqmalçılıq xəbərindən sonra gömrük işçiləri S. ailəsini dayandıraraq çamadanlarını axtarmaq istəyiblər. Gömrük məmuru İ.S. şəxsiyyətini təsdiq edən sənəti göstərərək ailənin onun arxasınca gəlmələrini istəyib. Gömrük məmurunun israrlarına baxmayaraq, dayanmaq istəməyən ana Y. S. bu məqamda tarazlığını itirərək yıxılıb. Bundan sonra, ata M.Ş. ilə oğullarından Y. S. geri qayıdaraq gömrük məmuruna hücum ediblər. Hadisə yerinə gələn polis S. ailəsini nəzarətə alıb. Qaşından yaralanan və ailədən şikayətçi olan gömrük məmuru İ.S. təcili yardım ilə xəstəxanaya çatdırılıb. Atatürk Hava limanı Gömrük İdarəsinə aparılan S. ailəsi ifadələri alındıqdan sonra prokurorluğa aparılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












