Hava limanında itirilmiş baqajlar satışa çıxarılıb? - RƏSMİ CAVAB

Heydər Əliyev Hava Limanının adından feysbukda itirilmiş baqajların satışa çıxarılması ilə bağlı reklam mövcuddur. Reklamda 6 aydır anbarda saxlanılan, sahibləri tapılmayan itirilmiş baqajların ucuz qiymətə satıldığı qeyd olunub və alış-veriş etmək üçün link göstərilib.
Bəs bu məlumat həqiqəti əks etdirir?
Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, son günlərdə aeroportun adından sosial şəbəkələrdə açılmış saxta səhifələr vasitəsilə vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir:
"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".
Hava Limanından itirilmiş baqajların aqibəti barədə də soruşduq. Bildirildi ki, həmin baqajlar bir il müddətində saxlanc məntəqəsində saxlanılır, həmin müddət başa çatdıqdan sonra isə utilizasiya olunur.

21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










