Hava limanında partlayış törədəcəyi ilə hədə-qorxu gələn şəxs saxlanıldı

Rusiya polisi Moskvanın Domodedovo hava limanında Moskva-Berlin aviareysində partlayış törədəcəyi ilə hədə-qorxu gələn şəxsi saxlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairisə üzrə Nəqliyyat İdarəsindən bildirilib. İdarənin məlumatına görə, Moskva-Berlin aviareysinin sərnişinlərindən biri nəqliyyat vasitəsinə minik vaxtı təyyarəni partladacağını bildirib. Bundan sonra polis əməkdaşları dərhal təyyarənin göyərtəsinə qalxaraq, təhdid edənin 66 yaşlı Rusiya vətəndaşı olduğunu müəyyənləşdiriblər. Sərnişinlər təyyarədən endirildikdən sonra hava gəmisində partlayıcı qurğuların olması şübhəsi ilə axtarış işləri həyata keçirilib, amma heç nə aşkar edilməyib. Saxlanılan şəxs polis şöbəsinə aparılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












