Hava limanında qızılın qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az-ın DGK-yə istinadən verdiyi xəbərə görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Səməd Məhəmməd oğlu Balacayev gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan baqajının içərisindəki mallarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı S.Balacayevə məxsus çamadanın içərisindəki paltarların arasından, kiçik həcmli parça və sellofan paketlərin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və yazılı formada bəyan olunmayan, bəzilərinin üzərlərində qaşlar olan 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzərində "POCCИЯ 50г золото 999,9 N M4.9365" sözləri həkk olunmuş külçə, 1ədəd üzərində "Tiffany 8 Co. 1995 İtaly" sözləri həkk olunmuş qolbaq, sırğa, üzük dəsti və 5 ədəd kolye aşkar edilib.
Aşkar olunan əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunub və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən, ekspertizaya təqdim edilən 1 ədəd üzüyün metal hissəsi 585 əyarlı qızıldan, 1 ədəd külçə 999 əyarlı qızıldan, digər zərgərlik məmulatlarının metal hissələri 750 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 519,32 qram təşkil edir və məmulatlarin qaşları brilliantdır.
Faktla bağlı araşdırma aparılır.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












