Hava limanında sərnişinlərdə 3 müxtəlif soyuq silah aşkar edilib

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Moskva-Gəncə aviareysilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Frankfurt-Bakı aviareysilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












