Hava Limanının logistika mərkəzinin statusu artırılır

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində logistika qovşağı (hab) bir neçə il əvvəl artıq yaradılmışdır və tranzit daşımalara uğurla xidmət edir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Sənəddə vurğulanıb ki, BƏƏ-nin təcrübəsini nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən logistika mərkəzinin statusunun artırılması nəzərdə tutulub. Bu barədə müvafiq təkliflər aidiyyəti üzrə Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində mövcud logistika qovşağının statusunun artırılması, müvafiq infrastrukturunun yaradılması barədə təkliflərin hazırlanması, regional hava limanlarının infrastrukturunun qiymətləndirilməsi və təkmilləşdirmə barədə təkliflərin hazırlanması məsələlərinin 2018-2019-cu illər üzrə həyata keçirilməsi nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












