Hava limanının rəisi prezidenti yola salarkən ölüb
Gündəm
14 Sentyabr 2017 11:27

Külək hava limanı rəisinin üstündə dayandığı xalçanı onunla birlikdə havaya qaldırıb və böyük daşa çırpıb
Tacikistan prezidenti İmomali Rahmonun ölkənin Darvaz rayonundan paytaxt Düşənbəyə yola salınması zamanı Xoroq şəhər hava limanının rəisi, 69 yaşlı Dildor Maksudşoyev aldığı xəsarətdən ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, o, dövlət başçısının helikopterinə yaxın yerdə durubmuş. Məlumata görə, helikopterin pərlərinin yaratdığı gücülü külək hava limanı rəisinin üstündə dayandığı xalçanı onunla birlikdə havaya qaldırıb. Külək xalçanı yaxınlıqdakı böyük daşa çırpıb. Zərbə nəticəsində D.Maksudşayev ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Orta Asiya ölkələrində bütün hallarda yüksək vəzifəli məmurun ayağı altına xalça sərilməsi adətdir.
Oxunub : 1747
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












