Hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib - Bakıda

Bu barədə Avtosfer.az-a açıqlamasında “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. Dünən İstanbuldan Bakıya yola düşməli olan reys 23:30-da Atatürk Hava Limanından çıxmalı idi. İstanbulda Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hadisəsi ilə əlaqədar həmin reys yubanıb.
İlkin məlumata görə, adıçəkilən reys bu gün saat 13:00-da Bakıya geri qayıdacaq.
Onun sözlərinə görə, aeroport öz işini bərpa edib, yalnız bəzi məhdudiyyətlər var.
P.Kəsəmənski həmçinin əlavə edib ki, qonşu ölkədə baş verən terror hadisəsi ilə əlaqədar olaraq Azərbaycanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 50 nəfər ölüb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












