Hava Nəqliyyatı ilə qanunsuz yolla valyuta çıxarılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya vətəndaşının gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd - hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min rubl aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










