Hava nəqliyyatında oturacaqların dolma əmsalı tətbiq ediləcək

Yaxın 2 il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımada reyslərin yüklənmə faktorunun hesablanması üçün beynəlxalq standartlara və geniş tətbiq olunan praktikaya əsasən, illik bütün uçuşlar üzrə oturacaqların dolma əmsalından (“Load Factor”) istifadə edilməsi nəzərdə tutulub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb. Bu məsələnin icrası Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












