Hava pisləşəcək - Qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 16-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Fidan
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










