Hava şəraiti ilə əlaqədar dəmir yolundan istifadə edənlərin sayı artıb

Azərbaycanda müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Avtosfer.az-a verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar sürət həddi azaldıldığından qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb. "Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1 000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib", - deyə S. Qədirova əlavə edib.
Qeyd edək ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə, yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir. "Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır", - deyə S.Qədirova qeyd edib.
Emin
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












