Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 13-16, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
Fidan
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










