Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-35% olacaq.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.
Azərbaycanın şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Fidan
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










