Hava yağmursuz keçəcək, yollar buz bağlayacaq

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Fidan
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR








