Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər

İsti havada telefonlarda qobur və örtüklərdən istifadə olunması onların partlamasına səbəb ola bilər. Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Akdeniz Universitetinin Mühəndislk fakültəsinin professoru Şükrü Özən deyib.
O bildirib ki, qobur və örtüklər istiliyi saxlayır və elektrik cihazlarında istiliyin dağılmasına mane olur. Bu da cihazın partlamasına gətirib çıxara bilər: "Havanın temperaturu yüksək olduğu aylarda elektrik cihazları, telefonlar işləyərkən daha da qızır. İsti havada telefonları pəncərə önünə, avtomobilin içində günəşin qızdırdığı yerlərə qoymaq olmaz".
Yay aylarında telefonların partlama hallarının tez-tez baş verdiyini bildirən professor, cihazların batereyasının azalmasının onların istiliyinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.
O, yayda xüsusilə, hamilə qadınların və uşaqların telefondan istifadə etmə müddətinə diqqət edilməsinin vacibliyini də vurğulayıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












