Havanın temperaturu artacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bu günhava günəşli, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu gecə 23-26°, gündüz 34-38°, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Eyni zamanda, avqustun 5-dən birinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir. Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir. Bundan başqa, avqustun 5-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi günlərində 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












