Hazır qidalar insanlarda nə üçün ASILILIQ YARADIR?

Hazır qidalar insanlarda narkotik kimi asılılıq yaradır.
İngilis yazıçı və professor Chris Van Tullekenin mövzu ilə bağlı araşdırmasını təqdim edirik:
Yazıçı “Niyə hazır qidalar yeyirik və nə üçün buna dözə bilmirik?” adlı son kitabında hazır qidalara asılılıq psixologiyasından bəhs edir. O, hazır qidaların diabet, ürək xəstəliyi və xərçəngə səbəb olduğunu diqqətə çatdırıb. “Hazır qidalardan istifadə etmək dünyada əsas ölüm səbəbi kimi tütünü üstələyib. Bu, psixoloji asılılıq yaradaraq insanları özünə cəlb edir. Artıq zaman keçdikcə insanlar bundan imtina edə bilmirlər və özlərinə nəzarəti itirirlər. Beynimiz bizi bu yöndə təkrar-təkrar istiqamətləndirir. Bu da təsadüfi deyil. Həmin qidalar inanılmaz dərəcədə cəlbedici olur. Ucuz olan bu qidalar asan üsulla bişirilir və tez zamanda hazırlanır. İstehsalçılar məhsullarını satmaq üçün insanların bu vəziyyətindən effektiv şəkildə istifadə edirlər”, - deyə o əlavə edib.
Mütəxəssis diqqətə çatdırır ki, belə qidalar insanlara təkcə fiziki deyil, həm də mənəvi ziyan vurur. Araşdırmanın nəticəsi bu qidaların insanlarda depressiya riskini artırdığını üzə çıxarır. Onlar bədəndə iltihab yaradır, psixi gərginliyə, fiziki sağlamlığa zərər verir. Hazır qidalarda orqanizmin düzgün tənzimlənməsi üçün niasin, piridoksin, mis, selen, dəmir, fosfor, maqnezium və sink kimi mikroelementlər azdır. “Biz insanlar, əslində, süni qidalar yemiş oluruq. Unudulmamalıdır ki, bu məhsulların bir çoxu ucuz və asan əldə edilir. Ona görə də əsasən maddi vəziyyəti aşağı olan ailələr bundan istifadə edirlər, lakin anlamırlar ki, bu, onlar üçün çox zərərlidir”, - deyə professor vurğulayıb. (Azərtac)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












