Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Gündəm 24 Fevral 2021 19:03 Oxunub 576
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Bu barədə Xidmətdən Avtosfer.az-a məlumat verilib.

Bildirilib ki, Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh