“Hazırda müşahidə olunan hava şəraiti bir neçə gün davam edəcək”

“Hazırda Azərbaycan ərazisində cənub və cənub şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. İqlimşünas bildirib ki, son günlər müşahidə olunan hava şəraiti noyabr ayının sonu dekabrın əvvəli üçün səciyyəvidir: “Hazırda müşahidə olunan hava şəraiti bir neçə gün davam edəcək”.
Mütəxəssis qeyd edib ki, noyabr ayı Azərbaycanda adətən çox dəyişkən hava şəraiti ilə müşahidə olunur: “Hazırda müşahidə olunan havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı olur. Ölkə ərazisinə yenidən soyuq hava kütlələrinin qayıtması ilə bağlı hələ dəqiq heç nə demək olmaz”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












