Banner

Həbs edilən gömrük şəbəkəsi haqda şok iddialar – Dəniz vasitəsilə elə yüklər daşınıb ki…

Gündəm 24 Dekabr 2025 21:18 Oxunub 474
Həbs edilən gömrük şəbəkəsi haqda şok iddialar – Dəniz vasitəsilə elə yüklər daşınıb ki…
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir. Son həbslər ölkədə formalaşmış “paralel iqtisadiyyat”ın sarsıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu prosesin iqtisadiyyatı bürüyən monopoliyaların və qara dövriyyənin azalmasına, eyni zamanda korrupsiya, qaçaqmalçılıq və rüşvət zəncirinin əsas halqalarının zəifləməsinə təsir göstərəcəyi gözlənilir.

Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, müəyyən zəifləmə mümkün olsa da, “kölgə iqtisadiyyatı”nın tam çökəcəyini demək tezdir:

“Yalnız konkret şəxslərə məxsus strukturlar çökə bilər. Amma korrupsiya və “kölgə iqtisadiyyatı”na qarşı sistemli mübarizə aparılmalıdır. Hazırda ayrı-ayrı şəxslərə qarşı tədbirlər görülür. Sistemli mübarizə isə sivil ölkələrdə mövcud olan mexanizmlərlə aparılır. Məsələn, məmurlar illik gəlir və xərcləri barədə hesabat təqdim edirlər. Bizdə də bu barədə qanun var, 20 il əvvəl qəbul edilib, lakin icra olunmur. Bütün dövlət reyestrləri şəffaf olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri açıq olmalı, kimin hansı əmlaka sahib olduğu bilinməlidir. Kommersiya hüquqi şəxslərin dövlət reyestri də şəffaf olmalıdır ki, hansı şirkətin kimə məxsus olduğu hər kəsə aydın olsun. Bu halda məmurun xərclərinin gəlirindən artıq olduğu görünərsə, həmin vəsaitin mənbəyi araşdırılar. Məncə, kölgə iqtisadiyyatı və korrupsiyanın qarşısı yalnız bu yolla alına bilər”.

Həbs edilən gömrük şəbəkəsi haqda şok iddialar – Dəniz vasitəsilə elə yüklər daşınıb ki...

Əkrəm Həsənov

İqtisadçı ekspert Turab Rzayev isə məsələyə belə münasibət bildirib:

“Hazırda aparılan anti-korrupsiya tədbirlərinin miqyası kifayət qədər genişdir. Bu proses müəyyən mənada Türkiyədə baş vermiş “Susurluq qalmaqalı”nı xatırladır. Söhbət yüksək vəzifəli şəxslərdən gedir. Görünən odur ki, bir neçə iri qurumu əhatə edən şəbəkə ifşa olunub. Saxlanılan və həbs edilən şəxslər yüksək rütbəli məmurların, nüfuzlu ailələrin övladları, qohumlarıdır. Bu da onu göstərir ki, prokurorluq orqanlarının əlində kifayət qədər geniş məlumat bazası mövcuddur. Əks halda, bu qədər böyük və rezonans doğuran həbs dalğası baş verə bilməzdi.

Bundan əvvəl də oxşar hallar yaşanmışdı. Təhlükəsizlik orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində ciddi fiqurların həbs edildiyinin şahidi olmuşduq.

Bu cür hallar təkcə ölkə iqtisadiyyatına deyil, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də ciddi zərbə vurur. Uzun müddətdir qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan malların müxtəlif istiqamətlərdə dövriyyəyə buraxıldığı müşahidə edilirdi. Milyardlarla manatlıq məhsul gömrük nəzarətindən və rəsmiləşdirmədən kənar şəkildə ölkəyə gətirilərək daxili bazarda satılırdı. Bu isə vergi və gömrük rüsumlarından yayınma, nəticə etibarilə isə qeyri-sağlam rəqabət demək idi. Qanuni idxal və ixracla məşğul olan sahibkarların fəaliyyəti bu yolla ciddi şəkildə zərər görürdü.

Həbs edilən gömrük şəbəkəsi haqda şok iddialar – Dəniz vasitəsilə elə yüklər daşınıb ki...

Turab Rzayev

Hətta böyük ticarət şəbəkələrinin bu cür qeyri-qanuni idxaldan istifadə edərək bazarda kiçik və orta biznesi sıxışdırdığı hallarına da rast gəlinib. Bundan başqa, dövlətin təhlükəsizliyinə və nüfuzuna xələl gətirə biləcək yüklərin daşınması ilə bağlı ehtimallar var. Bu məsələlər araşdırma prosesində üzə çıxacaq. Türkiyə və Gürcüstan mediasında yayılan məlumatlardan da görünür ki, dəniz sərhədləri vasitəsilə Azərbaycan dövlətinin maraqlarına zidd yüklərin daşınması ilə bağlı ciddi iddialar mövcuddur.

Azərbaycanda genişmiqyaslı anti-korrupsiya əməliyyatı aparılmalı, iri korrupsioner məmurlar və şəbəkələr tam şəkildə ifşa edilməlidir. Yalnız bundan sonra ölkədə azad rəqabət mühiti və sağlam iqtisadi sistem formalaşa bilər. Bu halda iqtisadiyyatda real və müsbət dəyişikliklər özünü göstərəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh