Həkim: "Avtobus sürücülərinin telefonla danışması sərnişinləri nevroz edir"

"Avtobus sürcüsünün telefonla danışması, yüksək səsli musiqi dinləməsi zamanla sərnişinlərdə nevroz yaradır". Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib. Onun sözlərinə görə, avtobusu idarə edərkən telefonla danışmaq çox təhlükəlidir: "Dəfələrlə müşahidə etmişəm ki, sürücülər hətta beş-altı dayanacaq ara vermədən telefonla danışırlar. Bu hala daha çox da cavan sürücülər yol verir".
Həkim bildirib ki, avtobusda səsin olması adi problem deyil: "İnsanların əhval-ruhiyyəsi müxtəlif olur. Biri stres keçirir, biri əsəbidir, digəri yorğun olur. Müxtəlif səslər isə insanın əsəblərinə çox pis təsir edir. Sürücünün, hətta sərnişinlərin yüksək səslə telefonda danışmasına adi, xırda bir məsələ kimi baxırlar ki, belə deyil. Bu hallar hər gün avtobusdan istifadə edən şəxslərdə yığılır və nevroz halı yaradır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












