Həkim məhkəmədə dindirildi: "Sürücü pivə içdiyini dedi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Quba Rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Yarməmmədov ifadə verib. O bildirib ki, hadisə günü R.Vəliyevi polis əməkdaşı xəstəxanaya gətirib, onun içkili olub-olmadığı yoxlanılıb: "Gecə saatları idi. Mən də həmin gün xəstəxanada növbətçi idim. Polis əməkdaşı Rahib Vəliyevi gətirdi ki, onun içkili olub-omladığını yoxlayım. Yoxlama nəticəsində həmin şəxsin az miqdarda içkiki olduğu məlum oldu. Rahib Vəliyevin özündən də soruşduqda bildirdi ki, bir az pivə içib".
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 28-də saat 20:00 radələrində Quba rayonunun Digah kəndi ərazisində baş verib. Kənd sakini R.Vəliyev idarə etdiyi "Kamaz" markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib. Bu zaman "Kamaz" həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub. Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib. S.Tahirovanın həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













