Banner

Təyyarənin kapitanı qəzadan sonra sağ imiş - AÇIQLAMA

Gündəm 27 Dekabr 2024 13:37 Oxunub 1020
Təyyarənin kapitanı qəzadan sonra sağ imiş - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Qəzadan sonra 29 saniyə zənglə danışdıq".

Avtosfer.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan kapitan İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev “Space TV”yə açıqlamasında deyib.

"Danışsam, gərək dastan danışım. O, ən yaxşı pilotlardan biri idi. Hər gəlib düşəndə mənlə danışmamış evə qalxmırdı. Mən təyyarədən qorxurdum, mənə həmişə deyirdi ki, nədən qorxursan?! Sonuncu dəfə onu həftənin bazar ertəsi (qəzadan iki gün əvvəl) görmüşdüm.

Qəza olan günü onunla 29 saniyə danışmışam. Saat 12:29-da ona zəng etdim, telefonumda da var, təsdiq edə bilərəm. Mənə dedi ki, vəziyyətim pisdir. Son sözü o oldu, ondan sonra heç nə demədi. Sonra nə qədər zəng etdim düşə bilmədim", - kapitanın dostu deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh