Həlak olanlar “Cümə məscidi”ndə də anıldı - FOTO

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər “Cümə məscidi”ndə anılıb.
Avtosfer.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri Hacı Surxay Məmmədli bildirib ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri hamını dərindən sarsıdıb.
“QMİ-i sədrinin göstərişinə əsasən, İçərişəhər “Cümə” məscidində təyyarə qəzasında həlak olanların ruhlarına Qurani-Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”, - o bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












