Həm evakuatorun xərci ödəniləcək, həm də cərimə - Ekspert yeni qanunu ŞƏRH ETDİ

Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Məsələnin mahiyyətini açıqlayan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, burada əsas məqam ondan ibarətdir ki, avtomobil cərimə meydançasına aparılsa, onun aparılma xərci orada dərhal ödənilməlidir.
"Sonra sürücü barəsində protokol tərtib olunur və həmin protokolu da adi qaydada digər cərimələr kimi ödəməlidir. Yəni, 10 gün ərzində şikayət etməsə, qərar qüvvəyə minir; 10 gün ərzində ödəsə, növbəti 10 gün ərzində ödədiyi halda 10% güzəşt tətbiq olunur. Sonra bir ay ərzində həmin məbləğ ödənilməlidir, bir aydan keçsə, hər gün dəbbə pulu hesablanacaq, yəni üzərinə faiz gələcək. Burada göstərildiyi kimi, avtomobillər cərimə meydançasına aparıldıqda aparılma xərci də nəzərdə tutulur, yəni evakuatorun xərcindən söhbət gedir. Bu da o deməkdir ki, evakuasiya prosesi olacaq. Əslində, olmalıdır da. Çünki elə ərazilər var ki, maşını gətirib, səkidə saxlayıb bütün piyadaların yolunu kəsir və ya ikinci cərgədə saxlayıb problem yaradır. Deyək ki, zebranın üstündə saxlayıb piyadaların hərəkətinə mane olur; yolayrıcına 5 metr qalmış saxlayıb, dönənlər risk yaşayır, təhlükə qarşısında qalır. Belə olan halda, həmin maşınlar evakuasiya olunmalıdır. Evakuasiya olunarsa, evakuatorun xərcini orada dərhal ödəməlidir, sonradan maşın həmin şəxsə qaytarılır və cəriməni də gedib ayrıca ödəyəcək. Prosesin mahiyyətində evakuatorların işə düşmə siqnalı var və yəqin ki, bu baş verəcək. Əslində, bu gün də qanunda bu mövzu gündəmdədir, sadəcə evakuatorlar hələ ki, bu missiyanı yerinə yetirmir. Amma artıq qanuna dəyişiklik baş verirsə, bu, yəqin ki, tətbiq olunacaq", - deyə o yekunlaşdırdı./redaktor.az
Hansı avtobuslar xətdən çıxarılacaq? - 2026-dan sərt qaydalar
“Yol hərəkəti haqqında” Qanunda hansı dəyişikliklər ediləcək? – EKSPERT AÇIQLADI - VİDEO
Bakı–Şamaxı–Yevlax yolunda qatı duman var - Sürücülərin diqqətinə! - FOTO - VİDEO
ABŞ-nin Azərbaycanla hərbi sahədə növbəti illərdə də əməkdaşlığı genişlənəcək - EKSPERT
Azərbaycanda yeni nazir müavinləri təyin ediləcək
Prezident müşavirə keçirdi - FOTOLAR
Çin avtomobili alanlara pis xəbər — Hamı kütləvi şəkildə satmağa başladı - FOTO
Bakıda daha bir ərazidə yeni yol çəkiləcək - Tıxacları aradan qaldıracaq - FOTO
Bu maşınların şəhərə girişi məhdudlaşdırılacaq; havanı çirkləndirirlər - FOTO
ABŞ ilə süni intellekt sahəsində tərəfdaşlıq ölkəyə nə qazandıracaq? - Ekspert AÇIQLADI
Nigar Həsənovanın işində bəzi detallar məlum oldu - 1 milyona yaxın pul...










