Hemilton Bakı halqasının qisasını aldı - VİDEO

"Formula-1" yarışları üzrə Dünya çempionatının növbəti mərhələsi arxada qalıb. Avstriya Qran-prisinin sonunda yenə də qələbəyə sevinən mersedes pilotu oldu.
Avtosfer.az anspress-ə istinadən məlumatına görə, 71 dövrəlik Avstriya Qran-prisini "Mersedes" pilotu Luis Hemilton qazanıb. Dumanlı Albion təmsilçisi ən yaxşı dövrəni qazanaraq sonadək liderlər qrupunda mübarizəni davam etdirib.
Ötürücülər qutusundakı dəyişikliklərə görə yarışın təşkilatçıları Hemiltonun komanda yoldaşı Niko Rozberqi və "Ferrari"də çıxış edən Sebastyan Fetteli cərimələyiblər. Nəticədə Rozberq yürüşə 6-cı, Fettel isə 9-cu sıradan başlayıb.
Niko tezliklə itkiləri qaytararaq Hemiltonla birincilik uğrunda başabaş müarizəyə girişib. Fettel isə təkərləri yeyildiyindən qəzaya uğrayaraq liderlər savaşından aralanmalı olub. "Mersedes" pilotları finişə 3 dövrə qalmış qalibin kimliyi məsələsinə aydınlıq gətiriblər. Nəticədə Luis Hemilton bolidini zədələyən Niko Rozberqi qabaqlayaraq Avstriya Qran-prisinin qalibi adını qazanıb. Birinciliyi itirən Niko isə bu hələ azmış kimi Ferstappeni və Raykkoneni də özündən irəli buraxaraq finişə dördüncü çatıb. Bir həftədən sonra Formula-1 pilotları Böyük Britaniyanın əfsanəvi Silverstoun trasında şütüyəcəklər.
19 iyun Bakıda keçirilmiş Avropa Qran-prisində Niko Rozberq (Mercedes) qalib gəlib. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub. Lyuis Hemilton isə beşinci yer ilə kifayətlənməli olub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










