Həmin ərazidən 80 kub metrdən çox su təmizləndi - FOTO - VİDEO

“Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb”. Avtosfer.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su axıb gedə bilmir:
“Belə hallarda drenaj sistemi qurulamayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, bu gün qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün Xidmətin texnikaları cəlb edilib, 80 kub metrdən çox su ərazidən təmizlənib”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər yayılmışdı. Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyi görülürdü. Problemin bir gün öncə yağan yağışdan sonra ortaya çıxdığı bildirilirdi.




Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










