Həmkəndlisini avtomobillə əzib öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb - Qusarda

Qusarda həmkəndlilərini avtomobillə vurub əzən, onlardan birini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az "Report"a istinadən məlumatına görə, Habil Abbasovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin başlama tarixi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 29-da Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini H.Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vuraraq hadisə yerini tərk edib. Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunur.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












